Türkiyənin Super Liqdəki 4 böyük futbol komandalarından biri olan “Qalatasaray” klubu 41.6 milyon lirə (14.3 milyon manat) cərimə olunub.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, buna, klubun 20.8 milyon lirəlik (7.1 milyon manat) vergi borcu səbəb olub.
Klub vergilər idarəsi ilə hər hansı bir razılığa gələ bilməyəcəyi təqdirdə bu borcu ödəməyə məcbur olacaq.
Bu barədə məlumatı klubun “İctimai Məlumatlandırma Platformu” yayıb.