Türkiyənin “Qalatasaray” klubu futbol üzrə Çempionlar Liqasında mövsümün ikinci yarısı üçün sifariş ərizəsini UEFA-ya təqdim edib. Lent.az-ın məlumatına görə, “Cim-Bom” yeni transferləri Uesli Sneyder və Didye Droqbadan əlavə, Aykutu da sifariş edib.
Əvəzində siyahıdan Kris, “Kayserispor”a icarəyə verilən Ceyhun Gülselam və “Sivasspor”a icarəyə verilən Sərcan Yıldırım çıxarılıb.