“Qalatasaray” Arsen Vengeri gətirir
12 dekabr 2014 19:28 (UTC +04:00)

“Qalatasaray” Arsen Vengeri gətirir

0

May ayında “Qalatasaray”da keçiriləcək prezident seçkiləri zamanı namizədliyini irəli sürəcək Turqay Kıran indidən vədlər verməyə başlayıb. Apasport.az-ın məlumatına görə, Kıran yerli mətbuata açıqlamasında hazırkı baş məşqçi Hamza Hamzaoğlunu postunda saxlayacaqlarını deyib.

 

O, bildirib ki, prezident seçilərsə, idman direktoru vəzifəsinə məşhur sima gələcək. Kıran hətta namizədlərinin adlarını da açıqlayıb: “Hamzaoğlunu 8-10 il komandanın başında saxlamaq istəyirik. Amma ona məsləhət verəcək, kömək edəcək bir idman direktoru lazımdı. Hazırda Arsen Venger və Xuande Ramosla danışıqlar aparırıq. Hər ikisi layihəmizi gördükdən sonra “Qalatasaray”da çalışmağa müsbət yanaşıb. Onlardan birini gətirməyi düşünürük”.

 

Qeyd edək ki, Turqay Kıran əvvəllər “Qalatasaray”da vitse-prezident vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar