Türkiyənin “Qalatasaray” klubu futbol üzrə Çempionlar Liqasının ¼ final mərhələsində İspaniya “Real Madrid”i ilə 12 il sonra yenidən üz-üzə gələcək. Lent.az-ın məlumatına görə, həmin vaxt “sarı-qırmızılar” yarımfinala yüksələ bilməyib.
Baxmayaraq ki, aprelin 3-də İstanbuldakı “Əli Sami Yen” stadionunda keçirilmiş ilk görüşdə “Cim-Bom” qalib gəlib – 3:2. Lakin cavab qarşılaşmasında “Real Madrid” 3:0 hesablı üstünlüklə mərhələ adlayıb.
İlk oyunda “Qalatasaray” fasiləyə 0:2 hesablı məğlubiyyətlə çıxsa da, fasilədən sonra 3 qol vuraraq, qələbə qazanıb. “Sarı-qırmızılar”ın ilk 2 qolunu hazırda komandada məşqçi kimi çalışan Ümit Davala (penalti ilə) və Hasan Şaş, sonuncusunu isə artıq karyerasını başa vurmuş Mario Jardel vurub.
Lent.az tarixi qarşılaşmanın qollarını təqdim edir...