Futbol üzrə Çempionlar Liqasında (ÇL) ¼ finala yüksələn Türkiyənin “Qalatasaray” klubunun bu mövsüm Avropa kuboklarından qazancı 32,5 milyon avroya çatıb. Lent.az-ın məlumatına görə, daha 10 milyon dollar gəlirə “Fənərbağça” sahib olub.
Bu, indiyədək Türkiyə komandalarının avrokuboklardan qazandıqları ən yüksək məbləğdən 2 qat artıqdır. Daha öncə “Fənərbağça” 2006-2007-ci il mövsümündə “Fənər” ÇL-in ¼ finalınadək irəliləməklə, 27 milyon avroya sahib olub. “Cim-Bom” isə UEFA Kubokunun qazandığı 1999-2000-ci il mövsümündə cəmi 13-14 milyon avroya yiyələnmişdi. Ümumilikdə isə Türkiyə komandaları son 10 ildə avrokuboklardan 165 milyon avro irəli düşüb.
Amma “Qalatasaray”ın ÇL-dən qazancı bununla yekunlaşmaya bilər. ¼ finaldan etibarən “sarı-qırmızılar” hər qələbə üçün 1 milyon avro, heç-heçə üçün 500 min avro qazanacaq. Yarımfinala vəsiqə təqdirində “Cim-Bom” 4,9 milyon avro, finala yüksələcəyi halda isə daha 6,5 milyon avro əldə edəcək. Mövsümü qalib kimi tamamlayan kluba isə 10,5 milyon avro veriləcək. UEFA ÇL-dən klublara ödəmələri bu mövsüm daha 15 faiz artırıb və 1,26 milyard avroya çatdırıb.
Digər tərəfdən, 1/8 finalda Almaniya “Şalke”sini üstələdikdən dərhal sonra “Qalatasaray Sportif AŞ”nin səhmləri 4,12 lirə artaraq, 43 lirəyə çatıb. Lakin ardından səhmlərin qiyməti geriləyərək, 42 lirəyə enib. “Qalatasaray Sportif”in birja dəyəri isə 318 milyon dollara yüksəlib.