“Neftçi”yə 2000 manat cərimə kəsildi
17 fevral 2015 21:19 (UTC +04:00)

“Neftçi”yə 2000 manat cərimə kəsildi

0

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXII turunun oyunlarında baş verənlər müzakirə olunub.

 

“Qəbələ” ilə səfər oyununda “Neftçi”nin 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması “ağ-qaralar”ın 1000 manat məbləğində cərimələnməsinə səbəb olub. Matçın 52-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün kluba əlavə 1000 manat cərimə kəsilib.

 

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” qarşılaşması qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar