“Neftçi”nin hücumçusu rekord vurdu
11 aprel 2013 11:29 (UTC +04:00)

“Neftçi”nin hücumçusu rekord vurdu

Bakının “Neftçi” klubunun futbolçusu Nikolas Kanales Azərbaycan çempionatları tarixinə düşüb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, çilili hücumçu 1992-ci ildən start götürən ölkə birincilikləri tarixində 1 mövsümdə ən çox qol vuran legioner olub.

 

Kanales Topaz Premyer Liqasının XXV turunun “Qarabağ”la oyununda fərqlənməklə vurduğu qolların sayını 21-ə çatdırıb. Forvard bu qolla “Kəpəz”in gürcüstanlı legioneri Badri Kvaratsxeliyanı arxada qoyub.

Fevralın 23-də XXI turun “İnter”lə oyununda qol vurmaqla 20-yə çatan Kanales sonrakı 3 matçda qol həsrəti yaşayıb. Kvaratsxeliya ilə şərikli rekordu 42 gün sürən çilili mütləq rekordunu  ilk “altılığ”ın 3-cü turunda rəsmiləşdirib.

Azərbaycan çempionatında 1 mövsümə ən çox qol vuran 5 futbolçu

yer

futbolçu

klub

mövsüm

ölkəsi

oyun

qol

1

Nikolas Kanales

Neftçi (Bakı)

2012/13

Çili

25

21

2

Badri Kvaratsxeliya

Kəpəz (Gəncə)

1997/98

Gürcüstan/Azərbaycan

22

20

3

Georgi Adamiya

Qarabağ (Ağdam)

2010/11

Gürcüstan

30

18

4

Oqtay Dərəlioğlu

Xəzər Lənkəran

2004/05

Türkiyə

21

17

5

Valter Quqlemon

İnter (Bakı)

2008/09

Uruqvay

24

17

 

# 1103
avatar

Oxşar yazılar