“Neftçi”nin futbolçusu uşaq məşqçisinə tapşırıldı
13 aprel 2013 14:10 (UTC +04:00)

“Neftçi”nin futbolçusu uşaq məşqçisinə tapşırıldı

Futbol üzrə Syerra-Leone milli komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın məlumatına görə, bu, irlandiyalı Conni Makkinstridir.

 

Onunla 2014-cü il dünya çempionatının seçmə mərhələsinin sonunadək qısamüddətli müqavilə bağlanılıb. Makkinstri əvvəllər Syerra-Leonedə uşaq futbol akademiyasında 2 ilədək çalışıb. Bu akademiyanı isə Kreyq Bellami Fondu açıb.

 

Qeyd edək ki, Azərbaycanda bir neçə syerra-leoneli futbolçu çıxış edir. Onlardan hazırda “Neftçi”nin yarımmüdafiəçisi Culius Vobay və “Rəvan”ın orta xətt oyunçusu Samuel Barlay Syerra-Leone öz ölkələrinin millisinə çağırılırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546
avatar

Oxşar yazılar