Novruz bayramının qeyd edilməsi ilə əlaqədar Bakının mərkəzinə girişin bağlı olması “Neftçi”nin futbolçusu İqor Mitreskiyə də problem yaradıb. Lent.az-ın məlumatına görə, klubun Nobel prospektindəki bazasına məşqə yollanmaq istəyən makedoniyalı müdafiəçinin qarşısını polislər kəsib.
Onlar yolun bağlı olduğunu bildirərək, Mitreskinin bazaya avtomobillə yollanmasının qarşısını alıblar. Bu zaman “Neftçi”nin əməkdaşlarından biri ilə polis zabiti arasında xırda mübahisə də yaranıb. Polis ona izah edib ki, yol 2 saat bağlı olacaq. Futbolçunun şəhərin mərkəzinə getməyəcəyini deməsi də işə yaramayıb. Nəticədə Mitreski avtomobilini yolun kənarında qoyaraq, bazayadək maşınsız yollanıb. Amma o, məşqə gecikib.