“Neftçi”nin biletləri pula gedəcəkmi?
16 aprel 2013 15:17 (UTC +04:00)

“Neftçi”nin biletləri pula gedəcəkmi?

Futbol üzrə Azərbaycan Kubokunda “Neftçi” və “Qarabağ” komandaları arasında keçiriləcək ilk yarımfinal matçının biletləri satışa çıxarılıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, azarkeşlər biletləri “Bakcell” Arenanın kassalarından ala bilərlər.

 

VİP sektorlara biletlərin qiyməti 5, digər biletlər isə 1 manatdır. “Neftçi” və “Bakcell Arena”nın rəhbərliyi “Qarabağ” azarkeşlərinin stadiona rahat daxil ola bilməsi üçün xüsusi kassalar ayırıb.

 

Qeyd edək ki, aprelin 17-də keçiriləcək görüş saat 19:30-da başlayacaq.

# 1064
avatar

Oxşar yazılar