Rumıniyanın “Turnu Severin” komandasının futbolçusu Aleksandru Giurgiu “Neftçi”dən sərfəli təklif alıb. Lent.az-ın “onlinesport.ro” saytına istinadən verdiyi məlumata görə, sol cinah müdafiəçisinə Azərbaycan klubu ayda 10 min dollar ödəməyə hazırdır.
Giurgiu Buxarest “Dinamo”suna keçidə hazırlaşdığı vaxt “Neftçi”nin təklifini qəbul edib. Çünki “Dinamo” ona ayda cəmi 3000 dollar vermək niyyətində imiş. Nəticədə gənc müdafiəçi “ağ-qaralar”ın cəlbedici təklifi üzərində düşünməyə başlayıb.
Qeyd edək ki, Rumıniyanın yüksək liqasında çıxış edən “Turnu Severin” 19 turdan sonra 12 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Mövsümün ilk yarısında “Neftçi”nin sol cinahında müntəzəm olaraq, braziliyalı Brunu Bertuççi çıxış edib.