“Neftçi”dən gülünc qərarlar – MƏTN
31 yanvar 2013 18:28 (UTC +04:00)

“Neftçi”dən gülünc qərarlar – MƏTN

“Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqovun rəhbərliyi altında klub rəsmiləri və məşqçilər korpusunun iştirakı ilə iclas keçirilib. Lent.az-ın məlumatına görə, iclasda komandanın hazırlıq prosesi və transfer məsələləri ilə bağlı müzakirələr aparılıb və qərarlar qəbul edilib.

 

Klubun rəsmi saytında dərc olunan qərarları olduğu kimi təqdim edirik:

 

1. “Neftçi” PFK-nın futbolçusu Cavid İmamverdiyev və digər gənc yerli futbolçularla bağlı transfer danışıqları mövsümün sonuna saxlanılsın (J - red.).

 

2.Çilili futbolçu Xose Kabionla 6+1 ( ))) – red.) müddəti şəklində müqavilə imzalansın.

 

3.Tibbi baxış nəticəsində diz nahiyyəsində ( ))) - red.) zədə aşkarlanması səbəbindən ispaniyalı futbolçu Pedro Perikonun transferi məqsədəuyğun hesab edilməsin.

 

4. “Neftçi” PFK-nın qapıçı transferi ilə bağlı danışıqları 03.02.2012-ci il ( )))– red) tarixinə kimi yekunlaşsın və müvafiq qapıçının transferi həll olunsun”.

 

Göründüyü kimi, qərarların hamısı gülüş doğurur. Əvvəla, “6+1 müddəti” anlaşılmazdır. Belə çıxır ki, “Neftçi”də transferlərin müddəti ay və ya illə yox, sadəcə, rəqəmlər arasında toplama və ya çıxma işarələri ilə müəyyənləşir.

 

Digər tərəfdən, bu klub Türkiyənin Antalya şəhərinə yox, əyninə “Sehrli xalat” geyinərək, bir il keçmişə uçub.

 

Qalan 2 qərara gəlincə, Ukraynanın “Dinamo” (Kiyev) komandasının əvəzedici heyətində belə bəyənilməyən Cavid İmamverdiyev, görəsən, kimə lazımdır? Bəs “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin ötən ilin sonlarında dediyi “Kamança səsini dekabrın 25-dən sonra eşidəcəksiniz” sözləri hara getdi? Dizində zədə aşkarlanmış ispaniyalı futbolçu Pedro Perikonun “Neftçi”də olmasına dair xəbərə nə vaxt rast gəlindi ki, indi də transferindən vaz keçilir?    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1793
avatar

Oxşar yazılar