“Neftçi”dən ardıcıl 3-cü qələbə
24 yanvar 2013 11:14 (UTC +04:00)

“Neftçi”dən ardıcıl 3-cü qələbə

"Neftçi" futbol komandası Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısı çərçivəsində üçüncü oyununu keçirib. Lent.az-ın məlumatına görə, flaqman "Mardan" stadionunda Makedoniyanın "Turnovo" klubu ilə qarşılaşıb.

 

Görüş “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 2:1. Flaqmanın hər iki qolunu Nikolas Kanales vurub.

 

Qeyd edək ki, daha öncə "Neftçi" Rusiya "Rotor"unu 1:0, Qazaxıstanın "Aktobe"sini 3:2 hesabı ilə yenib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690
avatar

Oxşar yazılar