“Neftçi” Berti Foqtsu fakt qarşısında qoydu
20 fevral 2013 11:38 (UTC +04:00)

“Neftçi” Berti Foqtsu fakt qarşısında qoydu

“Neftçi” klubu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsu fakt qarşısında qoyub. Lent.az-ın məlumatına görə, flaqman xarici şirkətlərlə, oyun zamanı futbolçuların fərdi keyfiyyətlərini tam şəkildə analiz edilməsi və müvafiq statistik göstəricilərin müəyyənləşdirilməsi üçün müqavilə bağlayıb.

 

Anlaşmaya əsasən ilk olaraq Topaz Premyer Liqasında fevralın 13-də keçirilmiş AZAL - “Neftçi” matçında müxtəlif rakurslarda videokameralar quraşdırılıb və futbolçuların fərdi göstəriciləri tam müəyyənləşdirilərək rəsmən kluba  təqdim edilib.

 

Məlum olub ki, oyun ərzində ən çox məsafə qət edən 6 futbolçudan 3-ü - Araz Abdullayev (12555 metr), Rəşad Sadiqov (12082 metr) və Mahir Şükürov (10664 metr) yerlidir. İlk 2 yeri Abdullayevlə Sadiqov tutub. Şükürov isə 5-ci olub. Legionerlər arasında isə Flavinyo (11920 metr), Erik Ramos (11577 metr) və Nikolas Kanales (10182 metr) fərqlənib. Bu təcrübənin “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”da da davamlı tətbiqi nəzərdə tutulub.

 

Qeyd edək ki, Berti Foqts azərbaycanlı futbolçuların fiziki hazırlıq səviyyəsinin aşağı olduğunu bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1481
avatar

Oxşar yazılar