“Neftçi” klubu keçmiş futbolçusu Denis Silvanı geri qaytarıb. Lent.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçi cari mövsümün ilk yarısını Braziliya “Qremio”sunda keçirdikdən sonra Azərbaycan komandasına dönüb.
O, son 2 mövsümdə çempionluq sevinci yaşadığı “Neftçi”yə azad agent kimi keçib. “Sambaçı” klubun rəsmi saytına açıqlamasında deyib: “Neftçi” ailəsi mənim üçün çox doğmadır. Burada ardıcıl iki dəfə çempionluq sevinci yaşamışam. Müqavilə ilə məxsus olduğum komanda icazə vermədiyi üçün yarım mövsüm “Neftçi”dən ayrı qaldım. Artıq həmin klubla müqavilə müddətim başa çatıb və azad futbolçu kimi yenidən “Neftçi” ilə müqavilə imzaladım. İnanıram ki, bu mövsüm üçüncü çempionluğu da bayram edəcəyik”.
Qeyd edək ki, Denis Silva “Neftçi”nin qış transfer dövründə aldığı ilk futbolçudur.