“Neftçi” “Qarabağ” tilsimini qırdı
17 aprel 2013 23:10 (UTC +04:00)

“Neftçi” “Qarabağ” tilsimini qırdı

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir ilk görüşü keçirilib. Lent.az-ın məlumatına görə, “Bakcell Arena”da “Neftçi” “Qarabağ”ı qəbul edib.

 

Cari mövsüm Topaz Premyer Liqasında iki komanda arasında keçirilmiş 3 görüşdə Ağdam təmsilçisi qalib gəlmişdisə, bu dəfə flaqman sevinib – 2:1. Hesabı 55-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Vüqar Nadirov açıb. 62-ci dəqiqədə Araz Abdullayev bərabərlik qolunu vurub. O, baş hakim Anar Salmanovun təyin etdiyi mübahisəli penaltini qola çevirib. Oyunda son nöqtəni isə Bahodir Nasimov qoyub. Özbəkistanlı hücumçu uzatma dəqiqələrində fərqlənərək, “Neftçi”yə qələbə qazandırıb.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin digər ilk görüşündə “Bakı” “Xəzər Lənkəran”a Marius Penanın penalti qolu ilə qalib gəlib. Cavab görüşləri aprelin 24-də olacaq. 

# 1398
avatar

Oxşar yazılar