“Neftçi” “Herta”-ya uduzdu
02 avqust 2017 22:06 (UTC +04:00)

“Neftçi” “Herta”-ya uduzdu

Avstriya toplanışında olan "Neftçi” bu gün 3-cü yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın rəqibi “Herta” olub.

 

Görüş Bundesliqa təmsilçisinin böyükhesablı qalibiyyəti ilə başa çatıb. Hər hissədə iki qol vuran Berlin klubu 4:0 hesablı qələbəyə sevinib.

 

Qeyd edək ki, “Neftçi” Avstriya toplanışında əvvəlki yoxlama matçlarında Almaniyanın “Şalke” (0:1) və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu (1:1) ilə qarşılaşıb.

 

Yoxlama oyunu

2 avqust

 

“Neftçi” – “Herta” - 0:4

Qollar: Darida, 2, İbişeviç, 9, 49, Essven, 65 (pen.)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar