AFFA İntizam Komitəsi “Neftçi” klubunu cəzalandırıb. Lent.az-ın məlumatına görə, buna Topaz Premyer Liqasının təxirə salınmış VII turunda “İnter”lə matçın 12-ci dəqiqəsində flaqman azarkeşlərinin meydançaya kənar əşya atmaları səbəb olub.
“Ağ-qaralar” 2000 manat cərimələnib.
Qeyd edək ki, bu, İntizam Komitəsinin 2012-ci ildə son cəzası olub.