“Milli Məclisdəki ittihamlar Topaza yox, “qara bazar”a aiddir” - AÇIQLAMA
11 mart 2013 16:41 (UTC +04:00)

“Milli Məclisdəki ittihamlar Topaza yox, “qara bazar”a aiddir” - AÇIQLAMA

“İndiyədək Topaz-la bağlı heç bir problem yaranmayıb. Milli Məclisdə səslənən ittihamlar Topaz-a yox, “qara bazar”a aiddir”. Lent.az-ın məlumatına görə, bunu “Azəridmanservis” Dövlət Müəssisəsinin baş direktoru Azər Məhərrəmov deyib.

 

O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, Topazın dövriyyəsinin 4,2 faizi “Azəridmanservis”in hesabına gəlir. Bu vəsaitin 30 faizi AFFA-ya, 70 faizi klublara verilir. Amma “qara bazar”da yığılan pulların hara getdiyi məlum deyil: “Məhz həmin pullarla kriminal olaylar, qətllər və digər cinayətlər törədilə bilər. Topaz idmana yardım etmək və marağı artırmaq üçün fəaliyyətə başlayıb. “Qara bazar”la bağlı problemi çözmək isə Gənclər və İdman Nazirliyinin işi deyil”.

 

Məhərrəmovun sözlərinə görə, Topaz Peşəkar Futbol Liqası ilə müqavilə bağlamaqla, 3 il müddətinə Premyer Liqanın baş sponsoru olub: “Bundan sonra Premyer Liqada əksər oyunların canlı yayımının təşkili gerçəkləşib. İstəyimizə addım-addım yaxınlaşırıq”.

 

Amma Topaz Premyer Liqasının XXI turunda “Simurq” və “Bakı” komandaları arasındakı görüşə heç bir bukmeyker kontoru pul qoyuluşu qəbul etməyib. “Azəridmanservis” rəsmisi bunu belə izah edib: “Azərbaycanda mərc oyunları operatoru fəaliyyətə başlayarkən, etik normalar haqqında akt imzalanıb. Buna əsasən, müəyyən oyunlarla bağlı tərəflər bir-birinə məlumatlar ötürürlər. Risklərin idarəetmə şöbəsi ilə bu məlumatları araşdırır və həmin oyuna pul qoyuluşunun edilib-edilməməsinə dair qərar qəbul olunur. Avropada danışılmış oyunlara qarşı çox ciddi mübarizə aparılır. Məsələn, Skandinaviya ölkəsinin I divizionunda hansısa oyuna 50 min avroluq pul qoyuluşu edilməlidirsə, 200 min avro ödəniş edildikdə, həmin oyun müəyyən şübhələr yaradır. Araşdırma aparılır və pul qoyuluşu dayandırılır. Belə bir hal təkcə “Simurq” – “Bakı” matçında deyil, gələcəkdə də ola bilər. Ümidvarıq ki, az olacaq”.  

# 872
avatar

Oxşar yazılar

 “Bayer” “Benfika”nın  rekordunu təkrarladı

 “Bayer” “Benfika”nın rekordunu təkrarladı

6 may 2024 , 13:44
Ronaldonun 2016-cı ildən bəri  ən məhsuldar  mövsümü

Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü

6 may 2024 , 12:09
Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57
Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

6 may 2024 , 09:46
"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26