“Atletiko” qış “transfer pəncərəsi”ndə heyətinə yeni futbolçu qatmaq niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Madrid klubunun hədəfində olan oyunçu Cakomo Bonaventuradı.
“Milan”ın futbolçusu ilə danışıqlara başlayan ispanlar onu transfer edəcəklərinə inanırlar. “Atletiko” rəhbərliyinin fikrincə, “Milan” “Bayer”in üzvü Hakan Çalhanoğluna görə tələb olunan transfer məbləğini ödəmək üçün bu keçidə razı olacaq.
Hələlik italyanlar Bonaventuraya gələn təklifə cavab verməyiblər.