Rusiya “Lokomotiv”i 2011-ci ildə məşhur braziliyalı futbolçu Ronaldinyonu 5 milyon avroya transfer etmək istəməyib. Lent.az-ın məlumatına görə, bu barədə Moskva klubunun sabiq direktoru Aleksey Zinin açıqlama verib.
Zinin bildirib ki, həmin vaxt “sambaçı”ya Braziliyada çıxış etdiyi klubdan əmək haqqı verilmirmiş. Bu səbəbdən, futbolçunun keçidi aşağı məbləğə baş tuta bilərmiş. Amma “Lokomotiv” bu transferdən vaz keçib.
Qeyd edək ki, hazırda Ronaldinyo Brazliya “Atletiko”sunda oynayır. O, vaxtilə İspaniya “Barselona”sının heyətində Çempionlar Liqasını və “Qızıl top”u qazanıb.