“Kəpəz” Pirkuli ilə Rəhimberdının ümidinə qaldı
07 fevral 2013 14:07 (UTC +04:00)

“Kəpəz” Pirkuli ilə Rəhimberdının ümidinə qaldı

0

Topaz Premyer Liqasının autsayderi “Kəpəz” heyətinə iki türkmənistanlı futbolçu cəlb edib. Lent.az-ın məlumatına görə, Gəncə klubu Pirkuli Saparov və Rəhimberdı Baltayevlə mövsümün sonunadək müqavilə bağlayıb.

 

26 yaşlı Saparov yarımmüdafiəçidir, Aşqabadın “Altın Asır” klubunun yetirməsidir. 27 yaşlı Baltayev isə Türkmənistan “Aşxabad”ından dəvət olunub. Sol cinah müdafiəçisi ölkəsinin əsas yığma komandasının da formasını geyinib.

 

Qeyd edək ki, “Kəpəz” daha öncə “Bakı”nın sabiq kapitanı Cəmşid Məhərrəmovla mövsümün sonunadək müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 884

Oxşar yazılar