“İnter”də azərbaycanlı qalmadı
30 aprel 2013 12:45 (UTC +04:00)

“İnter”də azərbaycanlı qalmadı

0

Bakının “İnter” klubunda kadr dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, prezidentindən tutmuş baş məşqçisinə qədər legionerlərdən təşkil olunan paytaxt təmsilçisi azsaylı yerli kadrlardan biri Səbuhi Səfiyarlı ilə yollarını ayırıb.

Klub rəhbərliyi “İnter”in baş menecerini vəzifəsindən azad etməyi lazım bilib. Onun əvəzinə kluba daha bir bolqarıstanlı və ya gürcüstanlının gətiriləcəyi istisna edilmir.

Məsələ ilə bağlı Səfiyarlı ilə danışmaq istəsək də o, özü buna münasibət bildirmək istəmədi: “Bu haqda fikir bildirmək istəmirəm. Bu, rəhbərliyin qərarıdır”.

Qeyd edək ki, Səbuhi Səfiyarlı 2010-cu ildən “İnter”də çalışırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 861

Oxşar yazılar