“İnter” klubu futbol üzrə İtaliya Kubokunda yarımfinala yüksəlib. Lent.az-ın məlumatına görə, Milan təmsilçisi ¼ finalda “Bolonya”nı əlavə vaxtda üstələməyi bacarıb.
“İnter” 34-cü dəqiqədə Freddi Quarin və 77-ci dəqiqədə Rodriqo Palasionun qolları ilə 2:0 öndə olub. Lakin qonaqlar 81-ci dəqiqədə Alessandro Diamanti, 84-cü dəqiqədə isə Manolo Qabbyadininin dəqiq zərbələri sayəsində əsas vaxtı bərabərliklə başa vura bilib. Qalib isə yalnız əlavə vaxtın sonunda - 120-ci dəqiqədə Andrea Ranokkianın qolundan sonra müəyyənləşib.
Qeyd edək ki, “İnter”in yarımfinaldakı rəqibi bu gün keçiriləcək “Fiorentina” – “Roma” matçının qalibi olacaq. Digər yarımfinal matçında isə “Yuventus”la “Latsio” üz-üzə gələcək.