“İnter” in Bələkdəki rəqibləri məlum oldu
26 dekabr 2012 16:07 (UTC +04:00)

“İnter” in Bələkdəki rəqibləri məlum oldu

Bakının “İnter” futbol komandasının qış hazırlıq planı müəyyənləşib. Lent.az-ın məlumatına görə, paytaxt klubu təlim-məşq toplantısına 2013-cü il yanvarın 11-də başlayacaq.

 

Fevralın 4-dək davam edəcək toplanış Türkiyənin Antalya şəhərindəki Bələk qəsəbəsində olacaq. “Susesi” otelində məskunlaşacaq “İnter” 6 yoxlama qarşılaşması keçirməyi planlaşdırır. Baş məşqçi Kaxaber Tsxadadzenin komandası yanvarın 17-də Almaniya “Ahlen”i ilə görüşəcək. Ertəsi gün Rusiya “Amkar”ı ilə üz-üzə gələcək.

 

“İnter”in üçüncü yoldaşlıq matçı yanvarın 22-də baş tutacaq. Bu dəfə isə “İnter”in rəqibi Almaniya “İnqolstadt”ı olacaq. Komandamız yanvarın 25-də Ukraynanın “Zaporojye”, yanvarın 30-da Donetsk şəhərlərini təmsil edən “Metallurq”la qarşılaşacaq.

 

Toplanış çərçivəsində daha bir matçın keçirilməsi də planlaşdırılır. Fevralın 3-də nəzərdə tutulan oyunda “İnter” hansı komanda ilə qarşılaşacağı hələlik məlum deyil.

# 502
avatar

Oxşar yazılar