“İnter” azlıqda qalib gəldi
30 yanvar 2013 19:09 (UTC +04:00)

“İnter” azlıqda qalib gəldi

Bakının “İnter” futbol komandası Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısı çərçivəsində daha bir yoxlama matçına çıxıb. Lent.az-ın məlumatına görə, rəqib Qazaxıstanın “Ordabası” klubu olub. Görüş “İnter”in qələbəsi ilə yekunlaşıb – 2:0. Hesabı artıq 1-ci dəqiqədə Samir Zərgərov açıb. Bundan az sonra Baçana Tsxadadze hakimi söydüyü üçün qırmızı vərəqə alaraq, komandamızı azlıqda qoyub. Lakin 22-ci dəqiqədə “İnter”in yeni transferi Yuri Fomenkoya qarşı edilən kobudluqdan sonra referi penalti təyin edib. Komandada baxışda olan Seneqal əsilli fransalı futbolçu Momar NDiaye fərqi artırıb. Matçın sonlarında “Ordabası” fərqi azaltmaq imkanına malik olub. Lakin “İnter”in qapıçısı penaltini dəf etməyi bacarıb.

 

Qeyd edək ki, “İnter” əvvəlki yoxlama matçlarında Almaniya klublarından “Aalen”lə heç-heçə edib və “İnqolştadt”a 1:3 hesabı ilə uduzub. Ukrayna "Metallurq"u ilə qarşılaşmada isə hesab açılmayıb - 0:0.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706
avatar

Oxşar yazılar