“İdmanda Qadın və Bərabərlik”: ilk görüş uğurlu oldu
18 aprel 2013 14:03 (UTC +04:00)

“İdmanda Qadın və Bərabərlik”: ilk görüş uğurlu oldu

Azərbaycan AOK nəzdində yaradılmış Komissiyasının ilk görüşündə təmsil olunur

 

Bu gün Romada  “İdmanda Qadın və Bərabərlik” Komissiyasının ilk görüşü başlayıb.

 

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbələrinin rəhbəri Könül Nurullayeva da iştirak edib.

 

Görüş zamanı qadınların idmana cəlb edilməsinin xüsusi əhəmiyyəti və bu sahədə görüləcək işlərdən söz açılıb. Bundan əlavə, müxtəlif dövlətlərin Milli Olimpiya Komitələrinin idmanda qadınlara bərabərliyin təmin olunması naminə əməkdaşlığının da müzakirəsi nəzərdə tutulub.

Xatırladaq ki, Komissiya Avropa Olimpiya Komitəsinin (AOK) nəzdində yeni yaradılıb. Cari ilin fevral ayında AOK tərəfindən verilmiş qərara əsasən Könül Nurullayeva həmin Komissiyanın üzvü seçilib.

 

Ramiz Mikayıloğlu

 

 

 

 

# 544
avatar

Oxşar yazılar