“Feyenord”dan “Qəbələ”yə
11 iyun 2013 12:51 (UTC +04:00)

“Feyenord”dan “Qəbələ”yə

Hollandiyanın “Feyenord” Futbol Akademiyasının keçmiş, “Qəbələ” Futbol Akademiyasının yeni direktoru Stenli Brard Azərbaycana yola salınıb. Lent.az-ın məlumatına görə, bu məqsədlə xüsusi mərasim təşkil olunub.

 

Tədbirdə klubun baş meneceri Erik Qad bildirib ki, hollandiyalı mütəxəssis səkkiz mövsüm "Feyenord"a xidmət etdikdən sonra karyerasını Qafqaz ölkəsində davam etdirəcək. Yolasalma mərasimi barədə "Feyenoord"un internet səhifəsində xəbər yerləşdirilib. Məlumatda Qad Brardın akademiyadakı işini yüksək qiymətləndirərək deyir: "Səkkiz il bundan əvvəl Stenli direktor vəzifəsinə yeni təyin olunanda akademiyanın gələcəyi barədə müəyyən şübhələr var idisə, hazırda diqqət yetirsəniz, aşağı yaş qruplarının hansı səviyyədə olduğunu görərsiniz. Bu gün "Feyenord"da tam təhsil verilir və bu, Niderland futbolunda görünməmiş haldır. Onun futbolun inkişafına dair özünəməxsus baxışları var. O, məşqçilərdən ibarət mütəxəssis komandası yetişdirib@. 

 

Yekunda son illər onunla birgə çalışmış əməkdaşlar Brardla xatirə şəkilləri çəkdirib və mütəxəssisə gül dəstələri təqdim ediblər. “Qəbələ” Futbol Akademiyasının yeni direktoru səmimiyyətə görə təşəkkürünü bildirərək kollektivdən ayrılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar