“Fənərbaxça” əsas oyunçularından birini itirib. Lent.az-ın Türkiyə mediasından istinadən verdiyi xəbərə görə, “Latsio” ilə oyunun 86-cı dəqiqəsində yerini Mehmet Topuza verən Mussa əvəzləndikdən sonra Medical Park Göztəpə xəstəxanasından müayinədən keçib. Həkimlərin müayinəsindən sonra müəyyən olub ki, futbolçunun sağ ayağında 10 santimetrlik yırtıq var.
Həkimlər Mussanın zədə üzündən gələn həftə İtalyanın “Latsio” klubu ilə cavab qarşılaşmasını və 7 aprel ölkə çempionatında “Orduspor”la keçiriləcək oyunlarda iştirak edə bilməyəcəyini açıqlayıblar.