“Fənərbaxça” muzeyində oğurluğa cəhd
11 yanvar 2017 20:33 (UTC +04:00)

“Fənərbaxça” muzeyində oğurluğa cəhd

Türkiyədə maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, bir “Trabzonspor” azarkeşi “Fənərbaxça” muzeyinə daxil olaraq oradan oğurlğa cəhd edib.

 

Belə ki, kubokların saxlanıldığı şüşə kabinanı başı ilə sındıran fanat oradan çempionluq kuboklarından birini götürmək istəyib.

 

Polis tərəfindən həbs edilən 38 yaşlı tərəfdar hərəkətinə haqq qazandırmağa çalışıb: “Trabzon bu kuboku illərdi ki gözləyir”.

 

Qeyd edək ki, Türkiyə Super Liqasının 2010/11 mövsümündə son həftəyə qədər amansız rəqabət halında olan “Fənərbaxça” və “Trabzonspor” yekunda birinciliyi eyni xalla başa vurmuşdular. Ancaq top fərqində daha yaxşı vəziyyətdə olan İstanbul klubu çempion olmuşdu. Maraqlıdı ki, həmin mövsüm başa çatan kimi Türkiyədə 3 iyul hadisələri baş vermiş, “Fənərbaxça” oyun alqı-satqısında günahlandırılımış, prezident Aziz Yıldırım həbs edilmişdi. Sonradan komanda və prezident bəraət alsa da, trabzonlular hələ də özlərini o mövsümün çempionu hesab edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar