"Arsenal"ın hücumçusu Maryan Şamah karyerasını “Fənərbaxça”da davam etdirə bilər.
Lent.az-ın məlumatına görə, türklər futbolçunun transferi üçün danışıqlara başlamağa hazırdır. Məlumatda Şamahın da "Fənərbaxça"nın təklifini müsbət qarşıladığı bildirilir.
Qeyd edək ki, Şamah son klubunda 40 oyunda 8 qola imza atıb.