Türkiyənin “Fənərbağça” klubu futbol üzrə Avropa Liqasında Belarus BATE-si ilə Avropa Liqasının 1/16 final mərhələsindəki ev oyununu azarkeşsiz keçirəcək. Lent.az-ın məlumatına görə, bu barədə UEFA İntizam Komitəsi qərar çıxarıb.
Səbəb bu mövsüm “Fənər”in oynadığı Avroliqa qarşılaşmalarında azarkeşlərin intizamsız davranışlarıdır. Kluba 40 min avro cərimə də kəsilib. Türkiyə təmsilçisi qərara 3 gün ərzində etiraz edə bilər. BATE ilə ilk görüş fevralın 14-də səfərdə, cavab oyunu isə fevralın 21-də İstanbuldakı “Şükrü” Saracoğlu” stadionunda olacaq.
“Fənərbağça” daha bir cəzanı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsindən alıb. Komandanın futbolçusu Gökhan Gönül Superliqada növbəti 3 oyundan diskvalifikasiya olunub. O, “Elazığspor”la qarşılaşmada rəqib oyunçu Marvin Romeo ilə toqquşub. Romeo da eyni cəzaya məhkum edilib.