“Fənərbağça”nın sabiq hücumçusu “Beşiktaş”da
31 yanvar 2013 14:43 (UTC +04:00)

“Fənərbağça”nın sabiq hücumçusu “Beşiktaş”da

Türkiyənin “Beşiktaş” klubu “Fənərbağça”nın sabiq futbolçusu Mamadu Nyanqı transfer edib. Lent.az-ın “NTVSpor”a istinadən verdiyi məlumata görə, bu barədə klubun prezidenti Fikrət Orman açıqlama verib.

 

33 yaşlı hücumçunun son komandası Qətər “Əl-Sədd”i olub. Seneqallı forvard 2010-cu ilin avqustundan 2011-ci ilin sentyabrınadək “Fənərbağça”nın formasını geyinib. O, millidə 55 oyuna 19 qol vurub.

 

“Qara qartallar”la müqaviləsi pozulan digər hücumçu Batuhan Karadeniz isə İspaniya “Deportivo”suna keçəcək. 22 yaşlı futbolçu La Liqanın autsayderi ilə danışıqlara yollanıb. Onun keçidinin böyük ölçüdə həllini tapdığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar