“Fənərbağça”nın futbolçusu “Saraqosa”da
25 yanvar 2013 17:15 (UTC +04:00)

“Fənərbağça”nın futbolçusu “Saraqosa”da

Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Anri Bienvenü İspaniyanın “Saraqosa” komandasına keçib. Lent.az-ın məlumatına görə, bu barədə 25 yaşlı hücumçu öz “twitter” səhifəsində yazıb.

 

Kamerunlu oyunçu karyerasında yeni səhifə açdığını bildirib. O, bütün azarkeşlərə təşəkkür etməyi də unutmayıb.

 

Qeyd edək ki, Anri Bienvenü 2011-ci ilin yayında transfer olunduğu “Fənərbağça”da 42 oyuna 15 qol vurub. Onunla Türkiyənin “Sivasspor” və “Elazığspor” klubları da maraqlanırdı. Bienvenünün yeni komandası İspaniya çempionatında 20 turdan sonra 22 xalla 13-cü pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092
avatar

Oxşar yazılar