“Fənərbağça”nın adı oyun alverində
05 fevral 2013 18:21 (UTC +04:00)

“Fənərbağça”nın adı oyun alverində

Türkiyənin “Fənərbağça” klubunun danışılmış oyunlarda iştirakına dair daha bir şok iddia ortaya atılıb. Lent.az-ın məlumatına görə, Almaniyanın “Bild” nəşrində yer alan danışılmış oyunlar siyahısına “Fənər”in 2009-2010-cu il mövsümündə Macarıstan “Honved”i ilə keçirdiyi Avropa Liqasının təsnifat matçı da düşüb.

 

2009-cu il iyulun 30-da İstanbulda baş tutan həmin görüş Türkiyə təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:1. “Bild”in siyahısındakı digər görüşlər isə bunlardır:

 

Çempionlar Liqası

 

“Stabek” (Norveç) -  “Tirana” (Albaniya) – 4:0 (21.07.2009)

 

Avropa Liqası

 

“Rapid” (Vyana, Avstriya) – “Vlajniya” (Albaniya) – 5:0 (16.07.2009)

“Vlajniya (Albaniya) – “Rapid” (Vyana, Avstriya) – 0:3 (23.07. 2009)

“İnterblok (Sloveniya) – “Metalurq (Donetsk, Ukrayna) – 0:3 (06.08.2009)

 

Qeyd edək ki, Avropa Polisi Agentliyinin rəhbəri Rob Ueynrayt dünya çempionatı, Avropa çempionatı və Avropa kubokları da daxil olmaqla, 380-dən çox matçın danışılmış olmasına dair açıqlama verib. O, olaylarda 15 ölkədən 425 rəsmi şəxs və futbolçunun adının hallandığını bildirib. Həmin şəxslərdən 155-i Almaniyada, 66-sı Türkiyədə, 29-u İsveçrədə, qalanları isə Avropanın müxtəlif ölkələrindədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 905
avatar

Oxşar yazılar