“Fənərbağça” yenə azarkeşsiz oynayacaq
15 mart 2013 17:31 (UTC +04:00)

“Fənərbağça” yenə azarkeşsiz oynayacaq

Türkiyənin “Fənərbağça” klubu futbol üzrə Avropa Liqasında daha bir oyununu azarkeşsiz keçirəcək. Lent. az-ın məlumatına görə, “sarı-lacivərdlilər”in bu dəfə İtaliya “Latsio”su ilə keçirəcəyi ¼ final mərhələsinin cavab oyununu izləyən olmayacaq.

 

Amma 1/16 finalda Belarus BATE-si, 1/8 finalda isə Çexiya “Viktoriya”sı ilə görüşlərdən fərqli olaraq, “Fənər”in bu dəfə səfər matçı tamaşaçasız keçiriləcək. UEFA-dan 2 oyunluq cəza alan “Latsio” bunlardan birini 1/8 finalda Almaniya “Ştutqart”ı ilə qarşılaşmada “ödəyib”. Növbəti azarkeşsiz oyun cəzası aprelin 11-də Türkiyə təmsilçisi ilə qarşılaşmada olacaq.

 

Qeyd edək ki, ilk görüş aprelin 11-də İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

# 732
avatar

Oxşar yazılar