“Fənərbağça” xilaskarsız qaldı
12 aprel 2013 11:41 (UTC +04:00)

“Fənərbağça” xilaskarsız qaldı

Türkiyənin “Fənərbağça” klubunun İtaliya “Latsio”su ilə Avropa Liqasında keçirdiyi təkrar yarımfinal qarşılaşmasında cavab qolunun müəllifi Caner Erkin ilk yarımfinal matçını buraxmalı olacaq. Lent.az-ın məlumatına görə, səbəb sol cinah hücumçusunun cəzalı duruma düşməsidir.

 

Caner mövsümdə 3-cü sarı vərəqəsini “Latsio” ilə qarşılaşmanın 62-ci dəqiqəsində alaraq, limiti doldurub. Bundan 11 dəqiqə sonra isə o, “Fənər”i məğlubiyyətdən xilas edən və komandasının yarımfinala vəsiqəsini rəsmiləşdirən qolu vurub. 

 

Qeyd edək ki, “Fənərbağça” “Latsio”nu ilk görüşdə 2:0 hesabı ilə məğlub edib. Səfər matçında isə heç-heçə qeydə alınıb – 1:1. Yarımfinala İngiltərənin “Çelsi”, İsveçrənin “Bazel” və Portuqaliyanın “Benfika” komandaları da yüksəlib. Növbəti mərhələnin püşkü bu gün Bakı vaxtı ilə saat 15:00-da atılacaq.  

 

# 998
avatar

Oxşar yazılar