“Fənərbağça” Əmrəni qaytardı
30 yanvar 2013 10:29 (UTC +04:00)

“Fənərbağça” Əmrəni qaytardı

Türkiyənin “Fənərbağça” klubu sabiq futbolçusu Əmrə Belözoğlunu geri qaytarıb. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bu keçid klub prezidenti Aziz Yıldırımın istəyi ilə baş tutub.

 

Mövsümün əvvəllərində Əmrə baş məşqçi Aykut Kocamanla problemlər yaşadığı üçün “Fənər”dən ayrılaraq, “Atletiko”ya üz tutmuşdu. Amma onun Madrid komandasında da işləri qaydasında deyildi. Belə bir məqamda Yıldırım Belözoğluna telefon açaraq, “Komandamızın sənə ehtiyacı var” deyib. Danışıqlardan sonra Əmrə keçmiş klubuna dönməyə razılaşıb. “Fənərbağça” 33 yaşlı yarımmüdafiəçidən ötrü transfer haqqı ödəməyəcək və onunla 2,5 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Əmrə Belözoğlu “Atletiko”nun Avropa Liqası üçün sifariş ərizəsində yer aldığından, yeni klubuna qitə miqyaslı turnirdə kömək edə bilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042
avatar

Oxşar yazılar