“Diqqətimi Teymur Rəcəbovla görüşə yönəltmişəm” - MÜSAHİBƏ
28 mart 2013 21:43 (UTC +04:00)

“Diqqətimi Teymur Rəcəbovla görüşə yönəltmişəm” - MÜSAHİBƏ

 

“Diqqətimi Teymur Rəcəbovla görüşə yönəltmişəm” - MÜSAHİBƏ

 

Londonda keçirilən İddiaçılar Turnirinin lideri Maqnus Karlsenin Lent.az-ın yarışa ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi

 

- İddiaçılar Turnirində lider olsanız da, bugünkü qarşılaşmada xal itirdiniz...

 

- Mən yarışın lideri olduğumdan, xal itkim gözlənilməz sayılır. Amma unutmaq olmaz ki, İddiaçılar Turniri çox gərgin marafondur. Sonunun necə olacağını demək mümkün deyil. Məsələn, bu gün qələbə qazana bilmədim.

 

- Bəs Teymur Rəcəbovun çıxışı barədə nə düşünürsünüz?

 

- Həmkar haqqında danışmaq çətindir. Rəcəbov İddiaçılar Turnirində güclü şahmatçılardan sayılır. Amma görüşləri çox çətin alınır. Bugünkü görüşü də çətindir.

 

- Rəcəbovun Vladimir Kramniklə görüşü barədə nə deyə bilərsiniz?

 

- Teymurun vəziyyəti təhlükəlidir. Aydın məsələdir ki, Kramnik ağ fiqurlarla qələbə qazanmaq istəyir. Volodya liderlərə yaxınlaşmaq istəyir. Ona görə də sonadək mübarizə aparacaq.

 

- Levon Aronyanın Sizi ötəcəyindən ehtiyatlanmırsınız?

 

- Aronyanın görüşü hələ davam edir. Təbii ki, o da qələbə qazanmaq istəyir. Amma mən öz oyunum barədə düşünür və hər tur qələbə qazanmağa çalışıram.

 

- Bəs özünüzə olan ümidləri doğruldacağınıza inanırsınız? 

 

- İndidən bu haqda heç nə deyə bilmərəm. Yarışın sonuna 3 tur qalıb. Qalan oyunlarda kimin necə çıxış edəcəyini heç kim deyə bilməz. Əlbəttə, İddiaçılar Turnirinin qalibi olmaq istərdim.

 

- Qalib olsanız, hazırkı çempion Vişvanatan Anandla görüş perspektivi var...

 

(gülür) Mən hələ udmamışam və ona görə də bu görüş haqda düşünmürəm. Hazırda əsas diqqətimi son 3 turdakı rəqiblərim Vasili İvançuk, Teymur Rəcəbov və Peter Svidlerlə görüşlərə yönəltmişəm. Londonda qalib gəlsəm, Anandla qarşılaşma barədə fikirləşmək üçün xeyli vaxtım olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710
avatar

Oxşar yazılar