“Mən səkkiz ildir ki, “Çixura”ya rəhbərlik edirəm. İndiyədək heç vaxt penaltilərdə bəxtimiz gətirməyib. Şadam ki, ilk dəfə bu uğura imza atdıq. Rəqibin sürətli hücumlarının qarşısını aldıq. Planlı şəkildə oyunu penaltilər seriyasına qədər uzatdıq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Avroliqanın III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Çixura” klubunun baş məşqçisi Samson Pruidze “Bursaspor”la oyun (penaltilər – 4:1) haqda danışarkən deyib.
Gürcüstanlı mütəxəssis UEFA.com saytına açıqlamasında növbəti rəqibləri “Neftçi” haqda da fikirlərini bildirib:
“Neftçi”ni daha yaxşı tanıyırıq. Bu rəqibimiz haqda ancaq xoş sözlər deyə bilərəm. Əlbəttə ki, “Neftçi” “Bursaspor” deyil. Ancaq bu komandada yaxşı yerli və legioner futbolçular var. Biz sübut etdik ki, Avropanın orta səviyyəli komandalarına qarşı mübarizə apara bilərik. Əgər uğur bizim tərəfimizdə olsa, istənilən komanda üzərində qələbə haqda düşünə bilərik”.
Xatırladaq ki, “Neftçi” – “Çixura” matçı iyulun 31-də, cavab qarşılaşması isə bir həftə sonra baş tutacaq.

“Çixura”nın baş məşçisi: “Neftçi” “Bursaspor” deyil”
Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59