“Aprelin 30-da “Bakının ulduzları” və İspaniyanın “Atletiko” komandaları arasındakı oyunu stadionda izlədim. Birinci hissəsi qiymətləndirmək olar. İkinci hissədə isə meydançaya Bakının heyətində gənclər daxil oldu. “Atletko” isə İspaniya çempionatında gördüyümüz oyunu sərgiləmədi”. Lent.az-ın məlumatına görə, bunu milli komandamızın baş məşqçisi Berti Foqts jurnalistlərə açıqlamasında bildirib. Foqts qeyd edib ki, bu cür oyunlar reklam üçün çox yaxşıdır.
Baş məşqçi yığmamızın Qətərlə keçirəcəyi yoldaşlıq görüşü barədə də danışıb. O bildirib ki, həmin oyunla bağlı bütün xərcləri Qətər tərəfi öz üzərinə götürüb. Bu maçtda təcrübəsi elə də çox olmayan futbolçularımız sınanacaq.
Topaz premyer liqasına gəldikdə isə Foqts bildirib ki, çempionatın bir neçə oyununu izləyib: “Aralarında maraqlıları da, eyni zamanda maraqsızları da var. Amma çempionluq uğrunda mübarizə “Neftçi” və “Qarabağ” arasında gedəcək”.