“Çelsi”nin müdafiəçisi David Luis karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Real” braziliyalı futbolçu ilə yenidən danışıqlara başlayıb.
Keçid qış transferi dövründəcə reallaşa bilər. Belə ki, madridlilər Luisi yanvarda heyətlərinə qatmağı planlaşdırırlar. Danışıqların necə nəticələnəcəyi maraq doğurur.
Baş məşqçi Antonio Konte ilə münasibətinin yaxşı olmadığı haqda xəbərlər yayılan futbolçunun “Real”a keçmək ehtimalı yüksək dəyərləndirilir.
Qeyd edək ki, 2011-2014-cü illərdə də “Çelsi”nin formasını geyinmiş David Luis ötən il PSJ-dən “zadəganlar”a qayıdıb.