“Bombardir azərbaycanlı futbolçu deyilsə, mən nə edim?” - AÇIQLAMA
11 mart 2013 18:59 (UTC +04:00)

“Bombardir azərbaycanlı futbolçu deyilsə, mən nə edim?” - AÇIQLAMA

“Premyer Liqanın ən sərrast futbolçuları arasında yerli futbolçuların olmasını istərdim. Lakin əcnəbi futbolçular Azərbaycanda oynayırlarsa, deməli, onlar da ozümüzündür”. Lent.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

 

Onun fikrincə, 10000-ci qolu və ən yaxşı qolu azərbaycanlı futbolçuların vurması ürəkaçan haldır. Topaz Premyer Liqasının bombardirləri arasında yerli oyunçuların yoxluğuna gəldikdə, Musayev burada özünün heç bir günahının olmadığını vurğulayıb: “Özünüz deyin, necə edim ki, bombardir azərbaycanlı olsun? Amma hər halda Nikolas Kanales əcnəbi olsa da, gözəl oyun sərgiləyir və ayın futbolçusu olmağa layiqdir”.

 

Musayev ayın futbolçusu və ayın qolunun müəllifinin mükafatlandırılma mərasimlərindən birincisinin futbolun başladığı binada keçirilməsini özlərinin istədiyini bildirib. O, gələn mövsümün formatından da danışıb. Bildirib ki, I diviziondan 1 klub Premyer Liqada oynamağa hazırdır, ikincisi isə sual altındadır: “Əgər Premyer Liqaya gəlmək istəyən komanda yoxdursa, başqa ölkədən cəlb edəsi deyilik ki...” 

 

Daha sonra türkiyəli futbol mütəxəssisi Selçuk Yula tədbir iştirakçılarına öz fikirlərini çatdırıb: ”Azərbaycanı öz vətənim kimi sevirəm, daima burdakı inkişafı izəməyə çalışıram. 10 000-ci qolun müəllifini, fevral ayının ən yaxşı futbolçusunu və ən gözəl qolun müəllifini təbrik edirəm. Azərbaycanda idmanın inkişaf etdiyini müşahidə edirəm, bunda güclü sponsorların və infrastrukturun böyük rolu var. Azərbaycan milli komandasını, “Neftçi” klubunu izləmişəm, komandalarda böyük inkişaf var. Milli komandanın Portuqaliya ilə oyunu, “Neftçi”nin Avropa Liqasındakı oyunları bundan xəbər verir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081
avatar

Oxşar yazılar