“Beytar”ı Telman İsmayılov yox, Tamir Məcidov aldı
05 iyun 2013 16:12 (UTC +04:00)

“Beytar”ı Telman İsmayılov yox, Tamir Məcidov aldı

İsrailin Yerusəlim şəhərini təmsil edən “Beytar” futbol klubu Tamir Məcidova satılıb. Lent.az-ın “Sport5.co.il”ə istinadən məlumatına görə, bu barədə klubun sahibi Arkadi Qaydamak açıqlama verib.

 

O bildirib ki, Çeçenistanda çalışan israilli biznesmen Məcidov hələlik klubun səhmlərinin 50 faizini alıb. Qalan səhmlər yaxın aylarda satılacaq. Qaydamakın sözlərinə görə, Məcidov klubu dərhal satın almağa hazır olduğu üçün təklifi qəbul edib. Əvvəllər “Beytar”a biznesmen Əli Təbib maraq göstərib. Onun namizədliyini isə Yerusəlim meriyası dəstəkləyib. Mümkün alıcılar sırasında azərbaycanlı milyarder Telman İsmayılovun da adı hallanıb.

 

Qaydamak, həmçinin deyib ki, Məcidov ən yaxın vaxtlarda komandaya 5 milyon dollaradək sərmayə qoyacaq. Bu da “Beytar”ın yenidən yüksək nəticələr göstərməsinə yardımçı olacaq.

 

Klubun yeni sahibi isə fanatların reaksiyasından qorxmadığını bildirib. Yerusəlimli azarkeşlər millətçi baxışları və qeyri-yəhudilərə nifrətləri ilə tanınırlar. Onların bir hissəsi “Terek”in futbolçuları Zaur Sadayev və Cəbrayıl Kadayevin “Beytar”a keçidini neqativ qarşılayıb. Fanatlar etiraz aksiyası keçirərək, oyunçuları təhqir ediblər.

 

Qeyd edək ki, Tamir Məcidov “Beytar”ın 2013-cü ilin əllərində Qroznıya səfərinin təşkilatçılarından olub. Yanvarın 9-da Çeçenistan paytaxtında “Beytar”la “Terek” arasında yoldaşlıq görüşü keçirilib. İsrail klubunun oyunçuları Qroznıda tikintisinə başlanılan sinaqoqu ziyarət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949
avatar

Oxşar yazılar