“Beşiktaş”ın keçmiş kapitanı İbrahim Üzülməzin İstanbuldakı evinin həyətindən oğurlanan 300 min lirəlik avtomobili Hatay vilayətinin Reyhanlı qəsəbəsində tapılıb. Lent.az-ın məlumatına görə, maşının içindəki biri suriyalı olmaqla, 5 nəfər nəzarətə alınıb.
Xatırladaq ki, Üzülməz maşınının oğurlanmasından məyus olaraq, “O mənim övladım kimidir” ifadəsini səsləndirmişdi. Axtarışa başlayan polis, maşının saxta nömrə ilə sürüldüyünü və Hataya olduğunu müəyyən edib.