Türkiyənin “Beşiktaş” klubunun futbolçuları Manuel Fernandeslə yeni transfer Gökhan Süzen arasında yumruq davası baş verib. Lent.az-ın məlumatına görə, komandanın səhər məşqi zamanı Süzen Fernandesin ayağına sərt girib.
Bu isə onların dalaşmasına səbəb olub. Dava ilkin mərhələdə digər oyunçuların araya girməsi ilə yekunlaşıb. Lakin məşqin ardından Fernandeslə Süzen yenidən üz-üzə gəlib.