“Beşiktaş”dan imtina etdi, “Qalatasaray”la anlaşmaq üzrədir
11 dekabr 2016 17:48 (UTC +04:00)

“Beşiktaş”dan imtina etdi, “Qalatasaray”la anlaşmaq üzrədir

“Spartak”ın müdafiəçisi Salvatore Boketti qış transfer pəncərəsində Türkiyəyə köçə bilər. Apasport.az saytının məlumatına görə, italiyalı oyunçu ilə “Beşiktaş” maraqlansa da, tərəflər arasında anlaşma baş tutmayıb.

 

O, “qara qartallar”ın təklifindən imtina edərək, digər İstanbul klubu “Qalatasaray” ilə danışıqlar aparır. Rusiya mətbuatı iddia edir ki, Moskva təmsilçisinin 3 illik təklifini rədd edən Boketti türklərlə anlaşmaq üzrədir.

 

Belə ki, “sarı-qırmızılar” ona illik 2.5 milyon avro müqabilində 3 illik anlaşma təklif edib.

 

Qeyd edək ki, italiyalının ruslarla olan anlaşması 2017-ci ildə başa çatacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar