Portuqaliyanın “Benfika” klubu yeni mövsüm üçün heyətini gücləndirməkdədir. Lent.az-ın məlumatına görə, portuqaliyalılar Braziliya millisinin uzun müddətdir qapısı qoruyan Julio Sezarı heyətinə qatıb. 34 yaşlı qolkiper “Benfika” ilə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, braziliyalı qapıçı ötən mövsümü İngiltərənin “QPR” klubunun qapısını qoruyub. O, son dünya çempionatında Braziliya millisinin əsas qapıçısı olub.