“Bavariya”nın futbolçusu Kinqsli Koman 2016-cı ili vaxtından əvvəl başa vurub. Apasport.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb fransalı oyunçunun zədələnməsidi.
Tibbi müayinədən keçən Komanın diz və dabanında problem üzə çıxıb. Həkimlər 20 yaşlı hücumameyilli yarımmüdafiəçinin 2 aydan sonra sıraya dönəcəyini bildiriblər.
Qeyd edək ki, transfer hüququ “Yuventus”a məxsus olan Koman “Bavariya”da icarə əsasında çıxış edir.