“Bavariya”da yeni müqavilə
27 noyabr 2016 17:06 (UTC +04:00)

“Bavariya”da yeni müqavilə

0

“Bavariya” Frank Riberi ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, münhenlilər bu barədə rəsmi tvitter hesabından xəbər yayıb.

 

Fransalı futbolçu ilə daha bir illik anlaşma əldə edilib. Belə ki, 2017-ci ilin yayında sonlanacaq müqavilə 2018-ci ilə qədər uzadılıb.

 

Qeyd edək ki, Riberi 2007-ci ildən Almaniya çempionunun şərəfini qoruyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar